Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib - FHN

3 İyul 2021 00:39 (UTC+04:00)

Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Lökbatan”, “Astara”, “Şüvəlan”, “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub