Şamamanın bilinməyən faydaları - MÜTƏXƏSSİSDƏN MƏSLƏHƏT

1 İyul 2021 17:35 (UTC+04:00)

“Bunun adı şamamadır. Mən heç rast gəlməmişəm ki onu yesinlər. Sadəcə gözəl qoxusu var”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bu bitkinin gözəl ətri olduğu üçün evdə, ofisdə və s. kimi yerlərdə ətrinin otağa yansıması üçün saxlayırlar: “Həmçinin, şirniyyat bişirib hazırladıqda iyinin yaxşı gəlməsi üçün suyundan biraz içinə atırlar. Birdə ki, bundan qənd də bişirəndə qatırlar. Görünüşü isə yemişin kiçik formasına bənzəyir. Mən heç yeməmişəm”.

Ayşən Vəli