"Mövcud tariflərə hər hansı dəyişiklik edilməyib" - DEPUTAT AÇIQLADI

1 İyul 2021 16:49 (UTC+04:00)

“Bu tariflər enerji təchizatı üzrə birbaşa 35 və 110 kilovatlıq xətlə həyata keçirilən gün ərzində istehsal məqsədilə emal edilən, digər istehsal sahələrində fəaliyyət göstərən mərkəzlərə, təşkilatlara, müəssisələrə şamil olunur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

V.İsgəndərov vurğulayıb ki, verilən qərarda olan artım fərdi formada istehlak edən əhali abonentlərinə adi deyil: “Daha konkret desək əhali koteqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib. Ona görə də əhali abonentlərinə bu artımın heç bir adiyyatı yoxdur”.