Aloy gülü və bal ilə cavanlaşdırıcı - MASKALAR

30 İyun 2021 21:45 (UTC+04:00)

Maska dərini cavanlaşdırır və elastik edir. SİA məhlulun hazırlanma qaydasını təqdim edir:

Aloy gülünün yarpağını xırda doğrayın və ya rəndədən keçirin. Tənzifin arasına qoyun və yaxşıca sıxın. Sonra isə bir çay qaşığı aloy şirəsi, bir çay qaşığı bal və bir çay qaşığı xama göturüb birlikdə qarışdırın.

Bu maska nəinki cavanlaşdırır, həm də sızanaqları aradan qaldırır. Ona görə də problemli üz dərisi olan adamlara məsləhətdir ki, maskanı 20 dəqiqə saxlayıb ilıq su ilə yusunlar.

Ayşən Vəli