Mahnı melodiyanın, ritmin, sözlərin kompozisiyasının bir vokalist tərəfindən ifa olunmasıdır. Mahnı latın dilindən gəlir, mənası kantio yəni "oxunan hər şey" deməkdir.
Ümumiyyətlə, mahnılar bir və ya bir çox vokalçı tərəfindən səsləndirilə bilər. Mahnı musiqi əsəri sayılır. Çünki dinləyicilərinə ilham verir, müxtəlif hisslər oyadır, emosiya, eşq, dostluq, kədər, sevinc, vətənpərvərlik kimi duyğular yaradır. Belə bir deyim var ki, musiqi ruhun qidasıdır. Bəzən bir mahnı insanı mənəvi olaraq uzaqlara apara bilər.
Bu baxımdan mahnı səciyyəvi amillərinə görə müxtəlif növlərə malikdir. Mahnılar mözularına görədə fərqli qruplara bölünürlər: Lirik, xalq, polulyar mahnılar.
Lirik mahnılar klassik musiqinin bir hissəsidir. Adətən həzin, sakit, durğun səslənir və fortepiano, gitara, kamanca, simfonik orkestrlərin müşayəti ilə ifa edilir. Bu mahnılara insanlar sakitləşmək üçün də qulaq asır. Yazılan sözlər misra şəkildə həzin bir qafiyə təşkil edir.
Akif İslamzadə - Saçlarına gül düzüm
Çingiz Mustafayev - Can can
Nəzakət Teymurova - Qal sənə qurban
Röya - Dolunay
Günay İbrahimli - O bəsimdir
Zamiq Hüseynov - Kaman
Xalq mahnıları - müxtəlif sosial qrupların hekayələrini və ya adətlərini izah edən musiqi əsərləridir. Əsasən belə mahnılar müftəlif ənənələrlə ifadə olunur və ölkənin, bölgənin mədəniyyətinin bir hissəsidirlər. Xalq mahnıları ümumiyyətlə, ictimai məkanda anonim müəlliflikdədir. Bu mahnılar əsasən dildən dilə, nəsildən-nəsildən ötürülür. Bu baxımdan xalq mahnıların tarixi çox qədim vaxtlara dayanmaqdadır.
Xalq mahnılarına misal olaraq
Qarabağ şikəstəsi, İrəvanda xal qalmadı, Dilbərim, Nəqşicahandır, Ceyran, Sudan gələn sürməli qız, Şuşanın Dağları, Sarı gəlin, Nazəndə sevgilim
Populyar mahnılar musiqi üslublarının müxtəlifliyini ortaya qoyan və ümumiyyətlə ən çox dinlənilən musiqilərdir. Dövrümüzlə ayaqlaşan,müasir növdür. Populyar mahnılar sözləri müəllif tərəfindən yazılır və sözlərə musiqi bəstələnir,ifaçı tərəfindən ifa olunur. Bu növ mahnıların yaranması bir qədər əziyyət tələb edir. Populyar mahnılar lirikvə xalq mahnılarından fərqli olaraq dəyişə bilən və mürəkkəb, lakin daha fərqli musiqi quruluşuna malikdir.Papulyar mahnıların musiqi janrları arasında pop,rok,rok-soll, salsa, merengue, ballada, rep, caz, ağır metal və növləri vardır.
Edis - Martılar
Miri Yusif - İki sətir
Röya və Miri Yusif - Bir dənədir
Sezen Aksu - Manifesto
Əhməd Mustafayev - Canan