Dəriyə qulluq üçün dörd üsul - FAYDALI MƏSLƏHƏT

29 İyun 2021 19:10 (UTC+04:00)

Dəriyə qulluğun nəticə verməsi üçün özünü sev və dərinə qayğı göstərməyi unutma. Bunları etməyin dörd qaydası aşağıdakılardır;

1. CİLALAMA
Minimum həftədə bir dəfə dərini cilalayıcı vasitələrlə təmizlə — bu dəri qayğısının əla variantlarından biridir. Üz dərisini cilalayarkən sən ölmüş dəri hüceyrələrini təmizləyərək dəri teksturunu yaxşılaşdırır, tonu bərabərləşdirir və iltihabi proseslərin qarşısını almış olursan.

2. MASSAJ
Əgər bu zamana qədər üz massajından istifadə etməmisənsə, buna dərhal başlamağı tövsiyə edirik. (bəli-bəli, məhz indi başla!) Bu proses qan dövranını yaxşılaşdırır, dərini oksigenlə təmin edir və onu toksinlərdən azad edir. Həmçinin bu proses inanılmaz həzz bəxş edir. Unutma ki, quru dəridə massaj etmək olmaz. Xoşagəlməz hisslərin yaranmaması üçün ilk öncə yağdan istifadə edərək aşağıdan yuxarıya qədər hərəkətlərlə massaj et.

3. MASKALAR
Üz üçün maskalar — yəqin ki, ən məhşur dəriyə qulluq prosesidir. Salona getmədən, ev şəraitində üz dərisinə qulluq etmək üçün mükəmməl variantdır. Dəri ehtiyaclarını əzərə alaraq istənilən maskanı seçə bilərsən: yağlı dəri üçün - gildən hazırlanan maska, quru dəri üçün - aloe vera ilə və.s. Həmçinin bir neçə problemi eyni zamanda aradan qardırmaq üçün multieffektli maskalardan istifadə et.

4. YAĞLAR
Sənin dərin ən yaxşısına layiqdir və əgər üz dərisi üçün ən vaxt vaxt sərf olunmasına dəyən yeganə vasitə desək bunun yağ olduğunu bildirərdik. O dərini dərhal antioksidantlar və vitaminlərlə təmin edərək ona möhtəşəm parlaqlıq verir. Üz massajı zamanı yağlardan istifadə et. Həmçinin nəmləndirici vasitədən öncə də istifadə edə bilərsən.