Səmaya kim hakimdir- Amerika, yoxsa Rusiya döyüş təyyarələri? - ANALİZ

29 İyun 2021 13:03 (UTC+04:00)

Qərb mediası "mükəmməl məhvedici" adlandığı Rusiyanın Su-35 qırıcısı haqqında araşdırmalar aparır və NATO döyüş təyyarələri ilə müqayisə edir. Məsələn, F-35 ilə.

“The National Interest”-in jurnalistlərinin yazdıqları kimi, Rusiya Sovet hərbi texnologiyalarını daim mükəmməlləşdirir və silahlı qüvvələrini daim modernləşdirir. Su-35 belə modern texnologiyalardan biridir. Rusiya bu müasir döyüş təyyarəsini Çinə tədarük etməyə hazırlaşır, buna görə də onun "dəbli" Amerika F-35-i ilə müqayisəsi maraqlıdır.

Hərbi araşdırmaçı Deyva Majumdar yazır ki, “Lockheed Martin” şirkətinin F-35 zərbə qırıcısı Pentaqonun taktiki döyüş donanmasının onurğa sütunu olmalıdır.

Rusiya və Çin isə tam hava üstünlüyü qazanmaq üçün “Sukhoi” xətti üzrə hazırlanmış bir çox döyüş maşınından (Su-27, Su-35 və Su-57) ibarət bir donanma yaradacaqlar.

Yaxın gələcəkdə elektronikasını, mühərriklərini və gövdəsini ciddi şəkildə inkişaf etdirən Su-35, havada daha tez-tez qonaq olacaq. Qərbdə F-35 var və düşmən döyüş təyyarələrindən qorunmaq üçün inkişaf etmiş qabiliyyətlərə sahib bir zərbə təyyarəsi olaraq qalır.

Hərbi ekspertlər F-35-in Su-35 ilə təmasda olacağı təqdirdə F-22 (Raptor) və F-15C-dən kömək istəməsi ehtimalının daha da artacağını düşünürlər.

Bu davranışın səbəbi, əvvəldən hava döyüşü üçün hazırlanmış “Raptor”dan fərqli olaraq, F-35-in bunun üçün nəzərdə tutulmaması ola bilər.

Nə sürəti, nə hündürlüyə qalxma gücü, nə də raket idarəetməsi ona ciddi döyüşə başlamağa imkan vermir.

Qeyd olunur ki, F-35-in arsenalı bir vaxtlar AIM-9X üçün uyğunlaşdırılıbsa, qırıcı əsas vəzifələri üçün daha uyğun olan AIM-120 raketlərini qurban verməli olacaq. Beləliklə, F-35 pilotu nəyin bahasına olursa-olsun yaxın döyüşlərdən çəkinməlidir.

F-35-i havada kim əvəz edə bilər? Çox güman ki, rəqabətə davam edən F-15 olacaq. Su-35 bütün hədəflər üçün bir təhlükədir- amerikalı jurnalistlər yazırlar.

Su-35 böyük bir hava-raket arsenalı daşıyır, F-15 isə köhnəlmiş müdafiə elektronikası ilə təchiz edilmişdir.

Yəni, Rusiya təyyarəsinin amerikalılarınkından üstün olması ABŞ Hərbi Hava Qüvvələri komandanlığının narahatlığına səbəb olur. Amerikalılar çox böyük texniki üstünlüklərə alışmışdılar.

Hazırda isə belə deyil və olmayacaq, F-15C üçün Su-35 ilə qarşıdurma çox çətin olacaq. Ancaq F-15 III dünya müharibəsində iştirak etmək məcburiyyətində deyilsə, ölkənin hava qüvvələri onu hələ 20 il ərzində istifadə edəcəklər.

"Əslində, döyüş qabiliyyətinə görə Su-35-ə daha çox Boeing-in F-15 Eagle yaxındır. Digər bir seçim olan F-16 isə, ümumiyyətlə, F-15-in çatdığı sürət və yüksəkliklərə çata və AIM-120 raketlərini ata bilmir",- amerikan hərbi pilotları deyir.

Onları modernləşdirmək istəyirdilər, lakin büdcə ayırmalarının azaldılması səbəbiylə bu plan ləğv edildi. Buna baxmayaraq, Hərbi Hava Qüvvələri təcili olaraq artıq xeyli köhnəlmiş F-16-nı yeni radarlarla və sair texniki imkanlarla təchiz etməli olduqlarını düşünür və hesab edirlər ki, bu, nə qədər tez olarsa, bir o qədər yaxşıdır.

Beləliklə, nəticə “mavi yaxalıqlıların” idarə etdiyi (hərbi jargonla döyüş pilotları) amerika təyyarələrinin Su-35 üzərindəki keçmişdə sahib olduqları mübahisəsiz texniki üstünlüklərdən özünü məhrum etdiyini göstərir.

"Bu anda tanıdığım ən qüdrətli qırıcı təyyarə, əlbəttə ki, Su-35S-dir. Baxmayaraq ki, kimlərsə F-22 və Su-35S-in bərabər olduğunu düşünür, hesab edirəm ki, dünyanın ən güclü döyüş təyyarəsi Su-35S-dir” “Fighterbomber” layihəsinin müəllifi yazır.

Tərcümə: Elçin