Çox paltar tayt geyinmək rahatlığını vermir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, taytlar çox vaxt idman edərkən geyilən paltar kimi qəbul edilə bilər. Ancaq gündəlik həyatda bir çox yolla tayt geyə bilərik. Vacib olan taytı düzgün geyimlə birləşdirmək və səhv etməməkdir.
Xəta 1: Aşağı bel geyinmək
Aşağı bel taytlar yerinə yüksək bel seçmək bədəninizi daha mütənasib göstərəcəkdir. Yüksək bel taytlar budlarınızı daha düz göstərir və qarın nahiyəsindəki artıqlığı gizlədir.
Xəta 2: Naxışlı tayt geyinmək
Naxışlı və ya parlaq taytlar görünüşünüzdəki bütün diqqəti cəlb edir. Bu yaxşı deyil! Çünki naxışlar bədəninizi olduğundan daha böyük göstərir. Tayt geyindiyiniz zaman uyğun görünmək istəyirsinizsə, tünd rənglərə üstünlük verməlisiniz.
Xəta 3: Qısa tayt seçmək
Qısa taytlar ayaqlarınızı olduğundan daha qısa göstərir. Bu səbəbdən də ayaq biləyinə qədər uzun tayt seçmək faydalıdır. Bu şəkildə daha uzun görünə bilərsiniz.
Xəta 4: Əlaqəsiz rənglərdən çəkinin
Tayt seçərkən, əlaqəsiz rənglərdən uzaq durmalısınız. Taytın rəngi saç rənginə və dəri tonuna uyğun olmalıdır. Beləliklə, daha ahəngdar bir görünüşə sahib ola bilərsiniz.
Xəta 5: Paltarın altından geyinmək
2000-ci illərin əvvəllərində paltar və ya ətək altında trikotaj geyinmək moda idi. Xoşbəxtlikdən, o dövr indi çox uzaqdadır. Görmə baxımından son dərəcə cəlbedici olmayan paltarın altından tayt geyinməyimizdən imtina etdiyimiz üçün sadə bir paltar kimi taytdan istifadə etmək daha doğru olar.
Ayşən Vəli