Faşizm siyasi spektrumun ən sağında yerləşən və kommunizm kimi bənzər səbəblərdən radikal hesab edilən bir siyasi ideologiyadır. Yaranış dövrü əsasən 20-ci əsrə, 1-ci və 2-ci dünya müharibəsi vaxtlarına təsadüf edir.
İtaliyada Mussolinin 1922-43-cü illərdə, Almaniyada isə, Hitlerin 1933-45-ci illərdə faşist hakimiyyətləri mövcud olub. Faşizm əsasən ali irq fikrinə sahibdir. Məsələn, Hitler Almaniyasında ümumi fikir bundan ibarət idi ki, alman irqi ən yüksək irqdir və digər bütün irqlər və millətlər onlardan aşağıdırlar.
İkinci dünya müharibəsində faşist Almaniyasının məğlub edilməsi ilə birlikdə ümumən Qərbdə faşizmin də məğlub edildiyi və yoxa çıxdığı bildirilir. Ancaq bəzi akademiklər hal-hazırda Avropada mövcud olan bəzi partiyaları neo-faşist adlandırır. Bu partiyalar əsasən multikulturalizmə, immiqrasiyaya və Avropa Birliyinə qarşıdırlar (məs: Almaniyada: Alternative for Germany, Fransada: Front National).