Millət vəkilindən çağırış

25 İyun 2021 12:23 (UTC+04:00)

“Biz xalq olaraq tarixi qələbəni yaşadanları heç zaman unutmayacağıq". SİA-nın verdiyi xəbərə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qələbəni yaşadanlar hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir: "Torpaqlarımızın düşməndən azad edilməsi aparılan uğurlu islahatların nəticəsidir. Hər kəsdən xahiş edirəm ki, 10 manat olmaqla “YAŞAT” Fonduna ianə edək və bununla da qəhrəmanlarımıza, onların ailələrinə dəstək olaq”.