Mədəniyyət nazirinin Gürcüstana səfəri təxirə salınıb

24 İyun 2021 16:58 (UTC+04:00)

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Gürcüstana bu ay planlaşdırılan səfəri təxirə salınıb. Bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hazırda səfərin yeni tarixi razılaşdırılır.

Məlumata görə, A.Kərimovun qonşu ölkəyə səfəri gələn ayın əvvəlində gözlənilir.