Fənərbaxçanın yeni hücumçusu

24 İyun 2021 12:27 (UTC+04:00)

Cümə günü "Fənərbaxça" futbol klubunda keçiriləcək ümumi məclisdən sonra rəhbərliyin transferi sürətləndirəcəyi gözlənilir. İdarə heyətinin başçısı Əli Koç yeni məşqçinin bazar ertəsi günü rəsmi olaraq açıqlanacağını deyib.

Transferlə əlaqədar əhəmiyyətli açıqlamalar verən Koç "Hücumçular transfer edəcəyik", deyib. Serdar Dursunu heyətinə qatan "Fənərbaxça" daha bir hücumçu transfer edib.

"6 məşqçini nəzərdə tuturuq. Aykut da onların arasındadır. İşlər pis olanda ortaya çıxan müəyyən bir qrup insan var. İşlər pis olanda məzh onlar səslərini çıxarır. Bu gün əfsanə deyilən məşqçilərin öz dövrlərində etdikləri transferlərlə klublara nə qədər çətinlik yaratdığına baxın. Yeni bir hücumçu gətirməliyik, 70% hazır olduğunu düşündüyümüz bir komandamız var”, deyə Əli Koç bildirib.