Millimiz Portuqaliyaya rəqib oldu

24 İyun 2021 11:57 (UTC+04:00)

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsinin 1/4 finalında qarşılaşacağı rəqibi müəyyənləşib. SİA yerli mətbuta istinadən məlumat verir ki, qrupunun son oyununda Ukrayna komandasını 1:0 hesabı ilə məğlub edən son dünya çempionu Portuqaliya yığması 1/4 finalda millimizin rəqibi olub.

Qeyd edək ki, Portuqaliya–Azərbaycan oyunu iyunun 25-də Portuqaliyanın Nazare şəhərində keçiriləcək.