Konsekvensialist nəzəriyyə nədir?

24 İyun 2021 11:21 (UTC+04:00)

Konsekvensialist nəzəriyyəyə görə, etdiyimiz əməlin nəticəsi önəmlidir. Belə ki, bu hərəkəti motvasiya edən düşüncənin heç bir önəmi yoxdur. Nəticə müsbətdirsə hərəkət də müsbətdir. Bu düşüncə tərzini daha çox Con Stüart Milldə və Jeremy Bekhamda görürük.

Məsələn hüquq, beynəlxalq hüquq və dövlətlərin təmin etdiyi ədalət qanun tam olaraq konsekvensialistdir. Yəni nəyisə edərkən hansısa savab, günah, humanizm nəzərə alınmır. Yəni bu cür əməl dini qaydaya da əsaslanmır. Əgər yolu keçirməyə kömək etdiymiz yaşlı insanı zədələyiriksə bu yanlış əməldir. Çünki nəticəsi yanlışdır. Belə ki, bu əməlin sonunda həzzdən çox istirab var. Əməlin nəticəsində həzz varsa o konsekvensialist olaraq müsbətdir.

Ilk başdan çox primitiv gələn bu nəzəriyyə insanlardan vicdan yox, öhdəlik məsuliyyəti tələb edir. Digər tərəfdən isə bir çox boşluqla doludur. Çünki insan üçün yalnızca həzz və əzab yox, ədalət ,vicdan da olmalıdır. İnsanın həyatında tutduğu yol həzzdən ibarət ola bilməz. Kitab oxumaqla dondurma yemək eyni həzzi verə bilər. Amma insan həmişə doğru bildiyini etməlidir.

Zərdüşt Quluzadə