“Fənərbaxça”də sürpriz prezidentliyə namizəd!

24 İyun 2021 10:37 (UTC+04:00)

Bu həftə sonu “Fənərbaxça”da keçiriləcək prezident seçkiləri öncəsi Ali Koç və Eyüp Yeşilyurtdan sonra keçmiş futbolçu Engin Verel də prezidentliyə namizədliyini açıqladı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə,Engin Verel "Hörmətli “Fənərbaxça” konqres üzvləri, sabah saat 15: 00-da prezidentliyə namizədliyimi açıqlayacağam. Hər şey böyük “Fənərbaxça üçündür" ifadələrdən istifadə etdi. "Fənərbaxça"da hazırkı prezident Ali Koçdan başqa Engin Verel və Eyüp Yeşilyurt da prezidentlik uğrunda mübarizə aparacaqlar.

Ziya Hikmətoğlu