Braziliyada koronavirusdan ölənlərin ümumi sayı 507 min nəfəri ötüb

24 İyun 2021 04:58 (UTC+04:00)

Braziliyada ötən sutka ərzində koronavirusa rekord sayda - 115 228 yoluxma halı qeydə alınıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 169 881 nəfərə çatıb.

Bildirilir ki, son sutka koronavirusdan 2 392 nəfər ölüb, ölənlərin ümumi sayı 507 109 nəfər təşkil edir.