Afrikada koronavirusa yoluxanların sayı 5,25 milyon nəfəri ötüb.
SİA-nın məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.
Məlumata əsasən, aprelin 18-i üçün Afrikada koronavirusa 5 255 354 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 138 749 nəfəri vəfat edib, 4 658 095 nəfəri isə sağalıb.
Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikası, Mərakeş, Tunis, Efiopiya və Misirdə qeydə alınıb.