Lənkəranda bir nəfər şəxs iki yaxın qohumunu qətlə yetirib

23 İyun 2021 23:44 (UTC+04:00)

Lənkəranda 2 nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Havzava kəndində baş verib. Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə əvvəl əmisi oğlunu, sonra isə bibisi nəvəsini qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.