Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI

23 İyun 2021 16:41 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47824 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25682, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22142 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3080340, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1997612, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1082728 təşkil edir.