Pakistan Üsamə bin Ladenin öldürülməsi əməliyyatını araşdıracaq. SİA-nın məlumatına görə, Pakistanın baş naziri Yusif Rza Gilani məsələ ilə bağlı komissiya yaradıb. Baş nazirin mətbuat xidmətindən verilən açıqlama zamanı bildirilib ki, Laden əməliyyatının bütün gizli məqamları ortaya çıxacaq: \"Pakistan \"Əl Qaidə\" təşkilatının liderinin ölümünü araşdıracaq. Bununla bağlı baş nazirYusif Rza Gilani müstəqil bir komissiya yaradıb. Komissiya əsasən 5 üzvdən ibarətdir. Komissiyanın düzgün fəaliyyəti nəticəsində, uzun zamandır cavabını axtaran bir çox suallar aydınlaşdırılacaq. Ona görə də, bu heyətin araşdırmalarının nəticələri Pakistan hökuməti üçün çox vacib əhəmiyyətə malikdir\".