Suriya prezidenti görüş keçirib

22 İyun 2021 22:15 (UTC+04:00)

Suriya prezidenti Bəşər Əsədlə Rusiya Federasiyası Baş nazirinin müavini Yuri Borisov arasındakı görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı xüsusilə iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Rusiya nümayəndə heyətinin səfəri çərçivəsində Suriya-Rusiya Birgə İqtisadi, Ticarət, Texniki və Elmi Əməkdaşlıq Komitəsinin iclasları planlaşdırılır.

Ayşən Vəli