Merkel və Von der Leyenden Türkiyəyə dəstək bəyanatı

22 İyun 2021 22:12 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel və AB Komissiyası rəhbəri Ursula von der Leyen təşkil etdikləri mətbuat konfransında suriyalı qaçqınlarla əlaqədar Türkiyəyə verilən dəstəyin davam etməsi lazım olduğunu ifadə ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Almaniya kansleri dünən axşam İtaliyanın Baş naziri Mario Draghi ilə Berlində təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı: "Məncə, Türkiyə olmadan davam edə bilməyəcəyimizi qəbul edirik", ifadələrini işlədib.

Ziya Hikmətoğlu