Türkiyə Aya raket göndərəcək

22 İyun 2021 22:05 (UTC+04:00)

Türk Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin Yıldırım Aya ilk dəfə 2023-cü ildə bir raket göndərəcəklərini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2023-cü ilin sonunda atılması planlaşdırılan raketin sınaq raketi olacağı bildirilir. Yıldırım sınaq raketinin yerli hibrid mühərrikə sahib olacağını və tamamilə yerli istehsal olunacağına diqqətə yetirib.