AVRO-2020-də ər axtarışına çıxdı - MARAQLI

22 İyun 2021 18:15 (UTC+04:00)

11 fərqli ölkədə keçirilən AVRO-2020-nin qrup oyunları başa çatmaq üzrədi, 2-ci tura çıxacaq komandalar dəqiqləşməyə başladı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, koronavirus pandemiyasının təsirinin azalması ilə tribunalarda rəngli görüntülər meydana gəlir. Sankt-Peterburqdakı İsveç-Slovakiya oyununu tribunadan izləyən rusiyalı qadın azarkeş Anasteyşa, açdığı pankartla gündəm olmağı bacardı. Həm də model olan Anasteyşa, “ər axtarır” pankartı ilə “Qazprom” stadionuda matçdan əvvəl diqqət mərkəzində idi.