Qara dənizi "rus gölü" etmək istəyində KİYEV MOSKVANI GÜNAHLANDIRDI

22 İyun 2021 17:16 (UTC+04:00)

Rusiya istərdi ki, Qara dənizi "Rus gölü" etsin. SİA xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov söyləyib və bu barədə öz sosial şəbəkə hesabında qeyd edib.

O, söyləyib ki, bu günlərdə Britaniyanın HMS Defender esminesinin gəlişi şərəfinə bir qəbul üçün Odessaya yollanıb. Orada "bənzərsiz bir hədiyyə" alıb.

"HMS Defender-in kapitanı Vins Ouen mənə dünyanın ilk Britaniyanın Qara dəniz xəritəsinin tarixi bir çap nümunəsini verdi. Bu bir daha xatırladır ki, Qara dəniz heç vaxt "rus gölü" olmayıb və olmamalıdır, hansıki, təcavüzkar qonşumuz bunu çox istərdi", deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, Ukrayna Baş Qərargahının keçmiş rəisi Viktor Mujenkonun əvvəllər qeyd etdiyi kimi, Kiyev Qara və Azov dənizlərinə çıxışı itirə bilər. Onun sözlərinə görə, Novorossiyanın yaradılması təhlükəsi heç də sovuşmayıb və Ukraynanın Xerson bölgəsini, Şimali Krım Kanalını və Odessanı itirməsi riski var və bu halda Azov dənizi və Qara dəniz həqiqətən də Rusiyanın nəzarətində olacaq .

Xatırladaq ki, Moskva ilə Kiyev arasındakı münasibətlər Krımın Rusiya ilə birləşməsindən sonra və Donbasdakı silahlı qarşıdurma fonunda pisləşib. Ukrayna hakimiyyəti və Qərb ölkələri əvvəllər dəfələrlə Moskvanı ölkənin daxili işlərinə qarışmaqda günahlandırıblar. 2015-ci ilin yanvarında Ali Rada, Rusiyanın "təcavüzkar ölkə" adlandırıldığı bir bəyanat qəbul edib. Moskva bu cür ittihamları rədd edir, onları qəbuledilməz adlandırır və Ukraynadakı vətəndaş qarşıdurmasında iştirak etmədiyini vurğulayır.