20 №-li musiqi məktəbi Mərdəkan rayon 7 saylı Əlillər və qocaların müalicə pansionatında xeyriyyə tədbiri keçirib - FOTO

31 May 2011 19:17 (UTC+04:00)

Şövkət Ələkbərova adına 20 №-li musiqi məktəbi 28 may Respublika Günü və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mərdəkan rayon 7 saylı Əlillər və qocaların müalicə pansionatında xeyriyyə tədbiri keçirib.

SİA-nın məlumatına görə, Pansionatın baş həkimi Hümmət Dadaşov açıqlamasında bildirib ki, bu kimi tədbirlər tez- tez keçirilir: "Belə bir gündə qocalarımızı sevindirmək çox yaxşıdır. İnanıram ki, bu cür musiqili tədbirlərin keçirilməsi qocalarımızın dərdini yaddaşlarından bir neçə saatlıq silinməsinə əsas verəcək".

Xeyriyyə tədbirində musiqi məktəbinin şagirdlərinin ifasında bəstəkar Hacı Xanməmmədovun "Aldatmayaq bir- birimizi", Səid Rüstəmovun "İntizar", xalq rəqsləri "İnnabı", "Uzun dərə", "Sarı gəlin" pansionatın sakinləri tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, musiqi məktəbi aldıqları sovqat payları ilə qocaların sevincinə daha da rəng qatıb.