“Friends” serialının məşhur aktyoru...

22 İyun 2021 15:13 (UTC+04:00)

“Friend” serialında Günter rolunu oynayan aktyor James Michael Tyler, 4 mərhələ prostat xərçəngi ilə mübarizə apardığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 59 yaşlı aktyor sosial media hesabında bildirib ki, xəstəliyi 2018-ci ilin sentyabrında təyin olunub.

Lakin, o vaxtdan bəri sümükləri və onurğası da daxil olmaqla bədənin digər hissələrinə xəstəlik artıq yayılıb.

Ziya Hikmətoğlu