OYU-da yeni təyinat

22 İyun 2021 13:44 (UTC+04:00)

Odlar Yurdu Universitetində təyinat olub. Universitetin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

Sözügedən vəzifə Röya Vəliyevaya həvalə olunub.

Qeyd edək ki, Röya Vəliyeva Bakı Slavyan Universitetinin tərcümə (poylak-ingilis) fakültəsində bakalavr, Türkiyənin Çankaya Universitetində isə Biznesin təşkili və idarəetməsi üzrə magistr dərəcəsi alıb. Daha öncə layihə rəhbəri olaraq ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərib, Avropa və Azərbaycanda iş təcrübəsinə malikdir.