DSMF-nın baş ofisində ölüm hadisəsi

22 İyun 2021 12:14 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) baş ofisində ölüm hadisəsi baş verib. SİA-nın əldə etdiyi məlumata görə, orada çalışan 48 yaşlı Məmməd Həsənov qəfildən vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

M.Həsənovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.