Toy mərasimlərinə nəzarət edəcək qurumların adları açıqlandı

22 İyun 2021 10:44 (UTC+04:00)

İyulun 1-dən toy və nişan mərasimlərinin keçirilməsinə nəzarət edəcək qurumların adları açıqlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, keçiriləcək mərasimlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzarət edəcək.