SABAH qruplarında müəllim işləmək istəyənlər üçün - SON GÜN

22 İyun 2021 10:49 (UTC+04:00)

İyunun 22-də Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar elan edilmiş müsabiqənin qeydiyyat mərhələsi başa çatır. Müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 00:00-dək müraciət formasını doldurmalıdırlar. SİA xəbər verir ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər.

Müsabiqə barədə ətraflı məlumatı bu linkə https://bit.ly/2SBjQXC daxil olaraq əldə edə bilərsiniz.