Uels-Danimarka cütünün qalibi Bakıya gələcək

22 İyun 2021 01:00 (UTC+04:00)

AVRO-2020-də 1/8 finalın daha bir cütü müəyyənləşib.

SİA-nın məlumatına görə, iyunun 26-da Amsterdamda qarşılaşacaq komandalar dəqiqləşib.

A qrupunda ikinci olan Uelsin rəqibi iyunun 21-dəki matçlardan sonra bəlli olub. B qrupunda ikinci olan Danimarka böyük britaniyalılarla üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Həmin gün Londonda baş tutacaq İtaliya – Avstriya cütü isə daha öncə dəqiqləşib. Bu qarşılaşma 23:00-da start götürəcək.

Qeyd edək ki, Amsterdamdakı oyunun qalibi 1/4 final matçını Bakı Olimpiya Stadionunda keçirəcək.