Nasa Aya maniken göndərəcək

22 İyun 2021 03:57 (UTC+04:00)

NASA uzun müddətdir ki, Aya qayıtmaq üçün bir layihə olan Artemis üzərində işləyir.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Aya səyahət noyabrda baş tutacaq və bu səyahətin qəhrəmanı cansız bir model olacaq. Bu çərçivədə NASA cansız maniken üçün bir ad tapmaq üçün bir kampaniya başladıb.

Qeyd edək ki, pilotun oturacağında iki radiasiya sensoru və qabaqcıl bir fəza kostyumu ilə təchiz olunmuş maniken yer alacaq.