İbrahim Tatlısəsin keçmiş həyat yoldaşından - QEYRİ-ADİ PAYLAŞIM

21 İyun 2021 18:14 (UTC+04:00)

İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşegül Yıldız, sosial mediada meydan oxuyub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bikinili poza paylaşan Ayşegül Yıldız yeri yerindən tərpədib.

20 ilini Tatlısəsə verən Ayşegül Yıldız bikini pozasını "Yaz mövsümü rəsmi olaraq mənim tərəfimdən başladı" notası ilə paylaşıb. O, makiyajsız, fit və gözəl bədən quruluşu ilə sosial media gündəmindədir.

Bodrumda qızı Elif Ada Tatlısəslə tətildə olan Yıldız, bu dəfə Alaçatıya yolunu çevirib. 40 yaşında olan Ayşegül Yıldızın gözəlliyindən bəhs edən paylaşımını sizə təqdim edirik.

Ziya Hikmətoğlu