Hande ilə birlikdə olduğum üçün xoşbəxtəm

21 İyun 2021 12:16 (UTC+04:00)

Hande Erçellə eşq yaşayan Kerem Bürsin qatıldığı proqramda eşq münasibətlərindən danışıb. Yaraşıqlı aktyorun sözləri üzərinə Erçel "Mənim üçün də şansdı, onun üçün də şansdı" dedi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kerem Bürsin, atasının əvvəlcə onun aktyor olmasına qarşı olduğunu söylədi.

Türkiyəli aktrisa həmkarı Hande Erçellə münasibətindən də danışıb: “Çəkiliş meydanındakı dostluqumuz yaxşı dostluğa çevrildi. Çətin anlarda bir-birimizə dəstək olduq. Çox yaxşı tərəfdaş olduq. Bir müddət sonra, görəsən bizdən olarmı dedik. Şanslıyıq, mən şanslıyam” dedi.

Ziya Hikmətoğlu