Azərbaycanla Moldova arasındakı ticarət dövriyyəsinin həcmi 2,1 milyon dollar olub

21 İyun 2021 00:03 (UTC+04:00)

Yanvar-may aylarında Azərbaycanla Moldova arasındakı ticarət dövriyyəsinin həcmi 2,1 milyon dollar olub.
SİA Moldovanın Milli Statistika Bürosuna istinadla xəbər verir ki, beş ayda ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 1 milyon 550 min dollar təşkil edib. Azərbaycandan Moldovaya isə 545 min dollar dəyərində məhsul ixrac olunub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,8 milyon dolları ötüb.