Azərbaycanın Şamaxı şəhərində zəlzələ olub

21 İyun 2021 01:28 (UTC+04:00)

Azərbaycanın Şamaxı şəhərində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yeraltı təkanlar saat 00:12-də Qobustan stansiyasından 25 km qərbdə, Şamaxı rayonunda, 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.