Cerdan Şakiri İsveçrə-Türkiyə matçının ən yaxşı futbolçusu seçilib

20 İyun 2021 22:50 (UTC+04:00)

Avro-2020-nin A qrupunun Bakıda keçirilən İsveçrə - Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
SİA xəbər verir ki, İsveçrə yığmasının yarımmüdafiəçisi Cerdan Şakiri bu ada layiq görülüb.

29 yaşlı futbolçu 3:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edib. O, görüşün 26 və 68-ci dəqiqələrində fərqlənib.