Binanın uçması 5 nəfərin ölümünə səbəb oldu

20 İyun 2021 14:11 (UTC+04:00)

Çinin Hunan vilayətində yaşayış binasının uçması nəticəsində 5 nəfər ölüb. SİA xəbər verir ki, hadisə iyunun 19-da Çencou şəhərinin Ruçen qəsəbəsində günorta saatlarında baş verib. Təxminən bir sutka davam edən axtarış işləri nəticəsində dağıntı altından 7 nəfər yaralı vəziyyətdə çıxarılıb, 5 nəfərin isə meyiti tapılıb.
Xilasedicilər bildiriblər ki, 27 sakinin yaşadığı binada qəza vaxtı cəmi 12 sakin olubmuş.

Hələlik binanın hansı səbəbdən uçduğu məlum deyil.