İntihar hadisəsi baş verib - QƏBƏLƏDƏ

20 İyun 2021 12:35 (UTC+04:00)

Qəbələdə intihar hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə dünən rayonun Soltannuxa kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü Nihat Anar oğlu Seyidov yaşadığı evin həyətində özünü asıb. O, yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, N.Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.