İki gün toz-duman olacaq - ETSN XƏBƏRDARLIQ ETDİ

20 İyun 2021 11:47 (UTC+04:00)

Bu gün səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1,9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.