Rusiya səfiri ABŞ-a uçdu

20 İyun 2021 11:13 (UTC+04:00)

Bir müddət əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Rusiya-ABŞ münasibətlərinin gərginliyi səbəbindən məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı. SİA-nın verdiyi məlumata görə, Putinlə Baydenin Cenevrə görüşündən sonra hər iki səfir yenidən diplomatik korpusun başına keçiblər.

Əvvəlcə ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Moskvaya geri gönüb, bu gün isə Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov Vaşinqtona uçmaq üçün hava limanına gedib.

Jurnalistlərə açıqlamasında səfir bildirib ki, qarşılıqlı konstruktiv fəaliyyətə ümid bəsləyir: "Qarşıda çox iş var. İnkişafa ümid edirik".