Polşa “Bayraktar”ları Rusiya ilə sərhəddə yerləşdirəcək

20 İyun 2021 10:28 (UTC+04:00)

Xəbər verildiyi kimi, son günlər dünyanın hətta inkişaf etmiş ölkələri belə türklərin “Bayraktar”larına maraq göstərməyə başlayıblar. Təbii ki, bu təsadüfi deyil. Məsələ bundadır ki, bu, ilk olaraq, Türkiyənin dünyada artan hərbi qüdrətindən xəbər verir.

Beləliklə, ötən gün Polşanın xarici işlər naziri Zbiqnev Ray, Varşavanın Ankaradan almaq niyyətində olduğu türk “Bayraktar TB2” pilotsuz hücum aparatlarının yerləşdirmə planlarını açıqlayıb.

“RİA Novosti”nin verdiyi məlumata görə, bir müddət bundan əvvəl Türkiyənin Antalya şəhərindəki Diplomatik Forum zamanı polşalı nazir alınan pilotsuz hücum aparatlarının Rusiya ilə sərhədləri boyunca yerləşdiriləcəyini istisna etməyib.

Qeyd edək ki, Zbiqnev Ray alınan türk aparatlarının Polşa ordusunun potensialını artıracağına və NATO-nun şərq sərhədlərinin möhkəmlənməsinə kömək edəcəyinə əminik bildirib.

Xatırladaq ki, bu ilin mart ayının sonunda Ukrayna Krım yaxınlığında türk pilotsuz hücum aparatları ilə təlimlər keçirib.

Ağasəf Babayev