Yaltada insanlar “yoxa çıxmağa başlayıblar”…

20 İyun 2021 10:17 (UTC+04:00)

…Nə bilmək olar, bəlkə də, bu Tanrınıın ruslar üçün göndərdiyi növbəti xəbərdarlıqlardan biridir?

Beləliklə, məlum olduğu kimi, Krım…yox, hələlik Krımın məşhur kurort şəhəri olan Yalta aramsız yağan yağışlar səbəbindən su “altında qalıb”.

Qeyd edək ki, hələlik şəhərdə elə də böyük insan itkiləri baş verməsə də, amma son günlər belə hadisələr qeydə alınmaqdadır. Beləliklə, son günlər şəhərdə iki nəfərin itkin düşməsi barədə məlumat yayılmışdı. Xatırladaq ki, bu hələ “üzdə olanlardır” və əgər belə davam edərsə, itki sayının çoxalacağına hələ ki, heç kim zəmanət verə bilməz.

Yaltadakı subasmada turistlər arasında itki olmadığını və xəsarət alanların da yüngül xəsarətlər aldığını bildirən şəhər administrasiyasının rəhbəri Yanina Pavlenko, hazırda bölgədə iki nəfəri axtarışda, 24 nəfərin isə yaralandığını bildirib.

Bu arada “İnterfaks” Yaltada 60 yaşında bir qadının axtarıldığı barədə məlumat yayıb. Şahidlər, ötən gün su axınının yaşlı qadını naməlum istiqamətə apardığı barədə məlumat veriblər.

Bu arada, son günlər şəhərdə daha iki nəfərin itkin düşməsi barədə məlumatlar yayılıb.

Bira daha xatırladaq ki, iyunun 18-dən etibarən Kerç və Yaltada yağan güclü leysan yağışlar nəticəsində Cərcava, Melek-Çeşme və Vodopadnaya çaylarında suyun səviyyəsi qalxaraq Kerç və Yalta da olmaqla bütün ətrafı basıb. Verilən məlumata görə, bölgədə vəziyyət gərgin olaraq qalmaqdadır.

Ağasəf Babayev