Ufa hava limanında "Boeing-767" sərnişin təyyarəsi qəza enişi edib

20 İyun 2021 07:34 (UTC+04:00)

Rusiyanın Ufa hava limanında “Boeing-767” sərnişin təyyarəsi qəza enişi edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, təcili eniş zamanı təyyarənin şinləri alovlanıb.

İlkin məlumata görə, əyləc sistemində yaranan nasazlıq səbəbindən yanğın baş verib.

Təcili yardım xidmətinin verdiyi məlumata görə, 10 ekipaj üzvü və 324 sərnişinin olduğu təyyarədə xəsarət alan olmayıb.

Yanğın söndürülüb.