"Keşlə"nin rusiyalı rəqibi heyətinə xorvatiyalı futbolçunu cəlb edi'

20 İyun 2021 02:08 (UTC+04:00)

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan Rusiyanın "Soçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Mateo Baraç transfer edilib. 26 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Mateo Baraçın son klubu Avstriya "Rapid"i olub.