ABŞ-da avtomobil veloyarış iştirakçılarını vurub, 6 nəfər yaralanıb

20 İyun 2021 03:48 (UTC+04:00)

ABŞ-ın Arizona ştatı, Şau Lou şəhərində pikap veloyarış iştirakçılarını vurub.

SİA-nın məlumatına görə, hadisə nəticəsində 6 velospedçi ağır yaralanıb.

35 yaşlı sürücü hadisə yerindən uzaqlaşmağa çalışıb, lakin polis onu təqib edib və saxlanılma zamanı atəş açıb. Güllə yarası alan insident səbəbkarı xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil olaraq qiymətləndirilir.