Serbiyanın "Sloboda" hərbi məssisəsində partlayış baş verib

20 İyun 2021 00:06 (UTC+04:00)

Serbiyanın Çaçak qəsəbəsi yaxınlığındakı “Sloboda” hərbi müəssisəsində partlayış baş verib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Partlayış yerli vaxtla saat 20:00 radələrində (GMT+4 22:00) qeydə alınıb.

Qeyd edilir ki, müəssisədə partlayış ay ərzində ikinci dəfə baş verir. 4 iyunda baş verən partlayış bir neçə gün davam edib. Hadisə nəticəsində dəyən ziyan 1.5 milyondan 2 milyon avroya qədər təşkil edib.