"Öldürmədiyim üçün peşmanam" Qatil ərdən qan donduran cinayət

19 İyun 2021 16:01 (UTC+04:00)

Bursanın İnegöl mahalında çalışdığı məktəbdə arvadını 20 bıçaq xəsarəti ilə bıçaqlayan və daha sonra onu halqa ilə boğan ər tutulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, şübhəli öldürmək niyyəti ilə məktəbə getdiyini və özünü öldürmədiyinə görə peşman olduğunu söyləyib.

Süleymaniye Məhəlləsindəki Yunus Emre Liseyində baş verən hadisədə Atalay Doğan günortaya qədər barışıq üçün həyat yoldaşının təmizlik vəzifəsini icra etdiyi məktəbə gedib.

Müzakirə əsnasında Doğan arvadı Bircan Doğanı əlindəki bıçaqla boğazından və qarın boşluğundan bıçaqlamağa başlayıb.

Vəziyyəti görən təhsil işçiləri polisə və təcili yardıma zəng ediblər. Hadisə yerinə gələn qruplar arvadını bıçaqlayan kişini çətinliklə zərərsizləşdirib. Bütün səylərə baxmayaraq ağır yaralanan qadın təcili yardımla aparıldığı İnegöl Dövlət xəstəxanasında dünyasını dəyişib.

Qatili törədən şübhəli bıçaqla özünə xəsarət yetirib. 2 aydır arvadından ayrı yaşayan və boşanma mərhələsində olan ər xəstəxanadakı müalicəsindən sonra nəzarət altına alınıb.

İki uşaq anası olan gənc qadının cənazəsi Prokurorluğun araşdırmasından sonra ölümün dəqiq səbəbini təyin etmək üçün Bursa Tibb Təşkilatına göndərilib.

Müayinədən sonra ailəyə təhvil verilən qadının cəsədi dünən günorta saatlarında Kıran kənd məhəlləsində qəbiristanlıqda göz yaşları içində dəfn olunub.

Həbs olunan şübhəli Atalay Doğanın ifadəsində “Onu öldürməyə getdim. Özümü də öldürmədiyim üçün çox peşmanam”, deyib.

Ayşən Vəli