Ermənistanda seçici sayı AÇIQLANDI

19 İyun 2021 15:22 (UTC+04:00)

Ermənistan polisi seçici siyahısına daxil olan ölkə vətəndaşlarının sayını açıqlayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, polisin məlumatına görə, 2 578 678 nəfər reyestrə daxil edilib.

Qeyd olunur ki, reyestrə daxil olunanlardan da 16563 vətəndaş qeydiyyatda olduğu yerdəki seçici siyahısından müvəqqəti çıxarılıb və faktiki yaşadığı yerdəki seçki məntəqəsinin seçici siyahısı daxil edilib. Bildirilir ki, digər 1479 nəfərin Ermənistanda qeydiyyatı yoxdur və onlar qaldıqları yerə ən yaxın seçki məntəqəsi siyahısına daxil ediliblər.

Bundan əlavə, seçki günü seçki məntəqələrinə göndəriləcək 3186 polis məmuru qeydiyyat yerindəki siyahılardan çıxarılıb və onlar elə məntəqələrdə səs verəcəklər. Tibbi müəssisələrdə stasionar müalicə alan və səs verən seçicilərin sayı 1505 nəfərdir.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçiriləcək. Bu seçkidə 21 partiya və 4 blok iştirak edir.